Rubio: ABŞ Ukraynanı silahla təmin edir, lakin münaqişəyə son qoyulmalıdır
ABŞ administrasiyası Kiyevi silahla təmin edir, lakin Rusiya-Ukrayna münaqişəsi tezliklə son qoyulmalıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“Biz hazırda onlara (Ukraynaya – red.) yardım göstəririk, lakin nəticədə müharibə başa çatmalıdır”, - o, əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton Kiyevi dünyada hamıdan çox dəstəkləyir.
Bundan əvvəl Ali Radanın deputatı İrina Qeraşenko bildirib ki, ABŞ-nin 46-cı prezidenti Cozef Bayden dövründə təsdiqlənmiş ən son hərbi yardım paketindən Kiyevə tədarük bu yay başa çatacaq. Aprel ayında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kiyevin Vaşinqtondan daha az yardım almağa başladığı barədə bildirib. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Pavlo Palisa bildirib ki, Kiyev Vaşinqtonla yeni hərbi yardım paketlərini hələ müzakirə etməyib.
Oxşar xəbərlər
Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb
ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama: Müharibə başa çatmalıdır
Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Rubio Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini istisna etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













