Prezident "Qarabağ"ı təbrik etdi: Hakimin ədalətsiz qərarı... » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
yan
2026
04:01
0
0
19 594
ff aaaaaaa

Prezident "Qarabağ"ı təbrik etdi: Hakimin ədalətsiz qərarı...

22 yan, 2026
04:01
19 594

Prezident "Qarabağ"ı təbrik etdi: Hakimin ədalətsiz qərarı...

Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə səhifələrində paylaşım edilib.

“Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”, - deyə dövlət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul