Rubio Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini istisna etməyib
sizinxeber.az xəbər saytı

Rubio Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini istisna etməyib


ABŞ administrasiyası nə vaxtsa Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini və Ukraynaya hərbi yardımı artıracağını istisna etmir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib.

“İş bu yerə gələ bilər. Əgər Rusiyanın sülh sazişində maraqlı olmadığı və münaqişəni davam etdirmək istədiyi aydınlaşarsa, o zaman hər şey bununla bitə bilər”, - o deyib.

Rubio, həmçinin vurğulayıb ki, hazırkı mərhələdə Amerika administrasiyası sanksiya hədələrinin rusların müzakirəni dayandırmasına səbəb olacağını düşünür: “Onlarla söhbət etmək və onları masaya gətirmək isə dəyərlidir”.

Oxşar xəbərlər

Rubio ABŞ-nin Lavrova qarşı sanksiyalarının ləğvi ehtimalını istisna etmir
Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb
Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
Rubio: Tramp Putinə heç bir güzəşt etməyib
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle