20 Yanvar faciəsinin şahidi: "Tankları təcili yardım maşınlarının üzərinə sürürdülər" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
yan
2026
12:57
0
0
17 301
ff aaaaaaa

20 Yanvar faciəsinin şahidi: "Tankları təcili yardım maşınlarının üzərinə sürürdülər"

20 yan, 2026
12:57
17 301

20 Yanvar faciəsinin şahidi: "Tankları təcili yardım maşınlarının üzərinə sürürdülər"

"1990-cı ilin 20 yanvar günü çalışdığım Kürdəmir rayon xəstəxanasının təcili yardım şöbəsindən Bakıya təcili xəstə gətirəsi olduq. Paytaxta çatanda artıq qırğın başlamışdı, hadisələrin necə baş verdiyi gördüm".

Bu sözləri Oxu.Az-a açıqlamasında 20 Yanvar hadisələrinin şahidi, Birinci Qarabağ müharibəsi veteranı Əsgər Əliyev deyib.

O bildirib ki, rayondan gətirdiyi xəstəni "Semaşko" adlanan xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəzə - red.) çatdırandan sonra təcili yardım maşını ilə şəhərə dönərək, qırğında yaralananların daşınmasına kömək edib:

"Şəhərdə xəstəxanaya çatdırmaq üçün yaralılardan birini götürdük. Lakin mənə dedilər ki, maşını "Salyan kazarması"nın həyətində saxlayım. Çünki tankları məhz təcili yardım maşınlarının üzərinə sürürdülər. Çox dəhşətli gün idi".

"1992-93-cü illərdə isə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Döyüşlərdə iki dəfə yaralanmışam. Allah bütün şəhidlərimizə rəhmət eləsin" - deyə, Ə.Əliyev qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul