

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb
Dünyanın ən varlı insanı İlon Mask beş il sonra da "Tesla"ya rəhbərlik etməyə davam edəcəyini, lakin siyasətdən uzaqlaşmaq niyyətində olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə iş adamı
Maskın sözlərindən sonra "Tesla" səhmləri 3,6 % artıb.
Maskın ABŞ-nin Hökumət Səmərəliyi Departamentinin (DOGE) kuratoru vəzifəsində atdığı addımlar, xüsusilə dövlət qulluqçularının kütləvi işdən çıxarılması, həmçinin respublikaçı Prezident Donald Trampa yaxınlığı geniş tənqidlərə səbəb olub. ABŞ və bütün dünyada Maskın departamentdəki fəaliyyətinə görə istehsalçıya qarşı etirazlar keçirilib.
İnvestorları sakitləşdirmək üçün biznesmen gələcəkdə siyasətə "daha az" vaxt sərf edəcəyinə söz verib, çünki, onun fikrincə, artıq yetərincə iş görüb. Apreldə o, artıq Ağ evdə iş vaxtını həftədə 1-2 günədək azaldacağını bildirib. Ağ evin aparatının rəhbəri Syuzan Vaylsın sözlərinə görə, Mask faktiki olaraq departamentdə distant işləməyə keçib.
Milyarderin sözlərinə görə isə, "Tesla"nın daha çox səhminə yiyələnmək istəyi sərvəti artırmaq niyyəti ilə bağlı deyil.
"Bu, pul məsələsi deyil. Bu, şirkətin gələcəyi üzərində ağıllı nəzarət məsələsidir", – Mask deyib.
Qeyd edək ki, "Bloomberg"in, varidatını 376 milyard dollar həcmində qiymətləndirdiyi İlon Mask 2008-ci ildən bəri "Tesla"nın baş direktoru və 13 % payla şirkətin ən böyük səhmdarıdır.
Oxşar xəbərlər
Maskın Ağ Evdəki vəzifəsindən nə vaxt gedəcəyi məlum olub
ABŞ-də İlon Mask və "Tesla"ya qarşı etirazlar keçirilib
İlon Mask narkotik istifadə etməkdə şübhəli bilinir
"Bloomberg": Mask 400 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanı olub
Navarro Mask ilə münasibətlərdə gərginliyin olmasını təkzib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
