Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir


ABŞ Tehranın nüvə ambisiyalarından əl çəkməsini istəyir və buna sülh yolu ilə nail olmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu ABŞ-nind3 dövlət katibi Marko Rubio "CBS News" telekanalına müsahibəsində deyib.

"Əgər siz uranı istənilən səviyyədə zənginləşdirə bilsəniz, onu çox tez silah səviyyəsinə qədər zənginləşdirə bilərsiniz. Məsələ bundadır və Barak Obamanın bağladığı razılaşmanın problemi bu idi. Bütün bunların məqsədi sadədir: İran heç vaxt nüvə silahı əldə etməməlidir", - Rubio bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Tehranla fikir ayrılıqlarını hərbi əməliyyatlardansa, danışıqlar yolu ilə həll etməyə üstünlük verəcək. “O, təkcə nüvə silahı olmayan İranı deyil, zəngin, dinc, firavan İranı da istəyir”, - Rubio vurğulayəb.

ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan birincisi aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü aprelin 26-da və yenidən Omanın paytaxtında mayın 11-də baş tutub. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.

Oxşar xəbərlər

Rubio: ABŞ İrana təzyiqi artırmalıdır
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”
Netanyahu: İranla razılaşma onu uranı zənginləşdirmək imkanından məhrum etməlidir
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər