COVID-19-un yeni dalğası Asiyada yayılır
Honkonq və Sinqapur səhiyyə orqanları Asiyada yeni xəstəlik dalğasının yayılması fonunda COVID-19 yoluxma hallarının kəskin artması barədə xəbərdarlıq ediblər.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Şəhərin Səhiyyə Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Albert Au bu həftə bildirib ki, hazırda Honkonqda virusun aktivliyi kifayət qədər yüksəkdir. Təsdiqlənmiş yoluxma hallarının sayı il ərzində ən yüksək həddə çatıb, ağır halların sayı da artıb.
Agentlik vurğulayıb ki, xəstəliyin artması hələ son iki ildə müşahidə olunan yoluxma zirvələrinə çatmasa da, COVID ilə əlaqəli tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirmələrin sayı virusun aktiv şəkildə yayıldığını göstərir.
Sinqapur Səhiyyə Nazirliyi xəstəlik hallarının artmasını əhalinin immunitetinin zəifləməsi ilə əlaqələndirib. Onlar qeyd ediblər ki, dövriyyədə olan variantların pandemiya dövründəkindən daha yoluxucu olduğuna və ya daha ağır hallara səbəb olduğuna dair heç bir əlamət yoxdur.
Oxşar xəbərlər
Uqandada meymunçiçəyinə yoluxma hallarının sayı 145-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Texasda qızılcaya təsdiqlənmiş yoluxma sayı 481-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda COVID-19-a yoluxma halları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda qızılcaya yoluxma sayı artır – Rəsmi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyar Eyvazov: Azərbaycanda hələ də COVID-19-a yoluxanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












