Braziliya Prezidenti Putindən Türkiyəyə danışıqlara getməyi xahiş edəcək
sizinxeber.az xəbər saytı

Braziliya Prezidenti Putindən Türkiyəyə danışıqlara getməyi xahiş edəcək


Braziliya Prezidenti Lula da Silva rusiyalı həmkarı Vladimir Putinlə danışmağa çalışacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" yazır.

O bildirib ki, V.Putinlə Ukrayna ilə danışıqlar üçün İstanbula səfər barədə danışmağa çalışacaq.

Qəzet qeyd edib ki, Braziliya Prezidenti Çindən Braziliyaya gedərkən Moskvada dayanmağı planlaşdırıb.

Ötən gün Çin Sədri Si Cinpin və Braziliya Prezidenti Rusiya və Ukraynanın münaqişənin həlli üçün birbaşa danışıqlara mümkün qədər tez başlamasına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, mayın 15-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Ukrayna Prezidenti Vladimir Zelenski Putini danışıqlar üçün Türkiyəyə gəlməyə çağırıb.

Bildirib ki, ABŞ dövlət katibi Marko Rubio və digər amerikalı rəsmilər də bu danışıqlarda iştirak edəcəklər.

Oxşar xəbərlər

Lula da Silva Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır
Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq
ABŞ Prezidenti: Rubio və digər emissarlar Ukrayna görüşü üçün İstanbula gedəcək
Zelenski: ABŞ və Avropa bizi yalnız qoymasa, Putinlə istənilən formatda danışıqlara hazıram
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər