Zelenski Trampın İstanbuldakı danışıqlara qatılmasını istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya – Ukrayna münaqişəsinin nizamlanması üzrə mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda ABŞ lideri Donald Trampın iştirak etmək istədiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı teleqramda qeyd edib.
“Trampın atəşkəsin tam və qeyd-şərtsiz elan olunması ideyasını dəstəklədim – bu, diplomatiyaya əsas verəcək qədər uzunmüddətli olmalıdır. Biz bunu istəyirik, biz öz tərəfimizdən sükutu təmin etməyə hazırıq. Mən Prezident Trampın Putinlə birbaşa danışıqlar aparmaq ideyasını dəstəklədim. Mən açıq şəkildə dedim ki, görüşə hazıram. Mən Türkiyədə olacağam. Əlbəttə, biz hamımız istəyərdik ki, Prezident Tramp da bizimlə birlikdə – həmin görüşdə Türkiyədə olsun. Bu, düzgün ideyadır”, – o vurğulayıb.
Qeyd edək ki, bundan öncə Tramp İstanbula gedə biləcəyini söyləmişdi.
Oxşar xəbərlər
Zelenski Trampın Ukrayna-Rusiya danışıqlarında iştirakı məsələsindən danışıb
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
Ukrayna Prezidenti: Tramp güclü adamdır
Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













