sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Misir və Qətər “HƏMAS”ın girovu azad etmək qərarını ümidverici addım kimi qiymətləndirib
Misir və Qətər Fələstinin “HƏMAS” hərəkatının ABŞ vətəndaşlığına malik olan israilli girovu azad etmək qərarını Qəzza zolağında atəşkəs danışıqlarının bərpası perspektivləri baxımından ümidverici addım adlandırıb.
“Report”un məlumatına görə, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Misir və Qətər “HƏMAS”ın amerikalı girov Eden Aleksandrı azad etmək razılaşmasını alqışlayır. Biz bu qərarı xoşməramlı jest və Qəzzada atəşkəs, girovların və fələstinli məhbusların azad edilməsi və Zolağa maneəsiz humanitar yardımın bərpası ilə bağlı danışıqların bərpası istiqamətində ümidverici addım hesab edirik”, - deyə bəyanatda bildirilir.
Oxşar xəbərlər
Misir XİN: İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS yanvarın 19-da üç israilli girovu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs planı təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













