ABŞ Britaniya üçün tarifləri 10%-dən aşağı salmaq niyyətində deyil
Bu həftə London və Vaşinqton arasında ticarət sazişinin imzalanmasına baxmayaraq, ABŞ yaxın gələcəkdə Böyük Britaniya üçün tarifləri 10%-dən aşağı salmağı planlaşdırmır.
“Sizinxeber.az” “CNN” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Latnik bəyan edib.
“Biz gözləyirik ki, 10% baza rüsumu yaxın gələcəkdə qüvvədə qalacaq. Biz onu 10%-dən aşağı salmayacağıq”, - deyə o qeyd edib.
Bununla yanaşı, Latnik qeyd edib ki, Vaşinqton tariflər məsələsində çevik yanaşma nümayiş etdirmək niyyətindədir:
“Məsələn, polad, alüminium və təyyarə ehtiyat hissələri ilə bağlı biz bildirmişik ki, “Rolls-Royce”un istehsal etdiyi və “Boeing” təyyarələrinə quraşdırılan mühərriklərin tədarükünün davam etməsi üçün rüsum tətbiq etməyək”.
ABŞ və Böyük Britaniya mayın 8-də ticarət sazişinin bağlandığını elan ediblər. Razılaşmaya əsasən, Vaşinqton Britaniya avtomobil sənayesi məhsullarına tətbiq edilən rüsumları 27,5%-dən 10%-ə endirəcək. Britaniya mallarının ABŞ-yə idxalı üçün yeni qaydalar yaxın vaxtlarda qüvvəyə minəcək.
Oxşar xəbərlər
ABŞ Britaniya avtomobillərinə rüsumları əhəmiyyətli dərəcədə azaldacaq
Tramp: Britaniya ilə ticarət sazişi iki ölkə arasında münasibətləri gücləndirəcək
ABŞ-nin ticarət naziri: Cavab rüsumlarını təxirə salmaq niyyətində deyilik
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
FT: Böyük Britaniya və ABŞ tarif razılaşmasına yaxındır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
