Pentaqon: ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir
sizinxeber.az xəbər saytı

Pentaqon: ABŞ Çinin nüvə arsenalını 600 başlıq olaraq qiymətləndirir


Vaşinqton hesab edir ki, Çinin nüvə başlıqları arsenalı 600 vahidi keçir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin strateji cilovlama və nüvə inteqrasiyası üzrə qərargah rəisinin müavini Endrü Gebara Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin dinləmələrində bildirib.

“Çin ABŞ-nin müdafiəsi üçün əsas təhlükədir, o öz nüvə qüvvələrinin irimiqyaslı genişləndirilməsinə, modernləşdirilməsinə və şaxələndirilməsinə başlayıb”, – E. Gebara qeyd edib.

“Bu komitədə keçən il son çıxışımdan bəri Çin öz arsenalını daha 100-dən çox nüvə silahı vahidi ilə artırıb, sonucda onun ümumi arsenalı bu gün 600 vahidi keçir”, – Gebara bildirib.

Onun sözlərinə görə, Pekin “2030-cu ilədək 1 000-dən çox nüvə başlığına sahib olmaq yolundadır”.

Oxşar xəbərlər

Pentaqon: Çin 600-dən çox nüvə başlığına malikdir
ABŞ Çinin malik olduğu nüvə başlıqlı raketlərin sayını açıqlayıb
ABŞ Energetika Nazirliyi nüvə silahı arsenalını modernləşdirməyə çağırır
Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırıb
Nüvə modernləşdirilməsi və “F-47”nin yaradılması Pentaqon üçün əsas prioritetdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər