Serbiya Prezidenti mayın 7-də işə başlayacaq, Britaniya və Rusiya səfirləri ilə görüşəcək
sizinxeber.az xəbər saytı

Serbiya Prezidenti mayın 7-də işə başlayacaq, Britaniya və Rusiya səfirləri ilə görüşəcək


Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəlikdən sonra mayın 7-də işə qayıdacaq.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Pink telekanalı xəbər verir.

Serbiya liderinin administrasiyası Vuçiçin ilk iş günündə Böyük Britaniya və Rusiyanın Belqraddakı səfirlərini qəbul edəcəyini bildirib.

Çərşənbə axşamı dövlət başçısının xalqa müraciəti gözlənilir.

Baş nazirin birinci müavini, maliyyə naziri Sinişa Mali əvvəllər Vuçiçin bir neçə günlük bütün planlarını ləğv etdiyini, lakin 9 May tarixində Moskvaya səfərdən imtina etmədiyini bildirmişdi.

Dövlət başçısının əvvəllər müraciət etdiyi Hərbi Tibb Akademiyasının kardioloqu Draqan Dinçiç qeyd edib ki, Vuçiçin səhhəti stabil və qənaətbəxşdir, lakin o, bir neçə gün ərzində iş vəzifələrini tam həcmdə yerinə yetirə bilməyəcək.

Oxşar xəbərlər

ABŞ-yə səfərini yarımçıq qoyan Vuçiç Hərbi Tibb Akademiyasına gəlib - YENİLƏNİB
Serbiya Prezidenti ABŞ-yə səfərini yarıda dayandırıb
Serbiya prezidenti: Avropa İttifaqına üzvlük yolumuz davam edəcək
Serbiya Prezidentinin Azərbaycana səfəri başlayıb
Muxtar Babayev Serbiya Prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle