Tramp Energetika Nazirliyinin büdcəsini təxminən 5 milyard dollar azaltmağı təklif edir
sizinxeber.az xəbər saytı

Tramp Energetika Nazirliyinin büdcəsini təxminən 5 milyard dollar azaltmağı təklif edir


ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsi çərçivəsində Energetika Nazirliyinin büdcəsini 9,4 % azaltmağı təklif edir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ evin mayın 2-də dərc etdiyi büdcə sorğusunda deyilir.

Sənədə əsasən, söhbət maliyyələşdirmənin əvvəlki maliyyə ili ilə müqayisədə 4,7 milyard dollar azalmasından gedir.

Amerika mətbuatı qeyd edir ki, Tramp ilk növbədə bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyi ilə bağlı proqramların maliyyəsini azaltmağı təklif edir.

Bundan sonra büdcə tələbi ABŞ Konqresi tərəfindən nəzərdən keçiriləcək.

Oxşar xəbərlər

KİV: Tramp büdcəni 163 milyard dollar azaltmağı təklif edəcək
Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir
ABŞ Konqresi Pentaqonun büdcəsini artırmağı təklif edir
Tramp Dövlət Departamentinin büdcəsini 50 % azaltmağı planlaşdırır
Tramp administrasiyası təxminən 1 trilyon dollar məbləğində müdafiə büdcəsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər