Fransanın şəhərlərində polislə nümayişçilər arasında toqquşmalar baş verib, saxlanılanlar var
Fransanın Nant şəhərində hüquq-mühafizə orqanları 1 May aksiyasında başlayan iğtişaşlar səbəbindən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.
“Report” Fransa KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Pei-de-la-Luar regionunun prefekturası sosial şəbəkələrdə məlumat yayıb.
"Nümayişçilər prefektura binasına ziyan vurub və hüquq-mühafizə orqanlarına əşyalar atıblar. Polis su şırnaqları və gözyaşardıcı qaz tətbiq edərək cavab verib", - məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, polis bir neçə nəfəri saxlayıb.
Bundan əlavə, Overn - Rona-Alp regionunun prefekturası Lionda polis və nümayişçilər arasında toqquşmaların baş verdiyini bildirib.
Prefekturanın məlumatına görə, Lionda 1 May nümayişində 6,5 min nəfər iştirak edib. Həmkarlar ittifaqları hesab edir ki, küçələrə 10 min nümayişçi çıxıb. Aksiya zamanı üç nəfər saxlanılıb.
Daha əvvəl bildirilmişdi ki, Fransada 1 May nümayişlərində 150 min nəfərədək insanın iştirakı gözlənilir.
Oxşar xəbərlər
Parisdə etiraz aksiyası zamanı polis gözyaşardıcı qaz tətbiq edib
Afinada polis və yanğınsöndürənlər arasında qarşıdurma baş verib, yaralılar var
Fransada iğtişaşlar zamanı 9 nəfər yaralanıb
Tbilisidə keçirilən aksiyada polis 50 nəfəri saxlayıb
Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













