Çinli ekspert: Azərbaycanla imzalayacağımız müqavilələr strateji əməkdaşlığı gücləndirəcək
Prezident İlham Əliyevin Pekinə dövlət səfəri çərçivəsində imzalayacağı müqavilələr Azərbaycan və Çin arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.
"Report"un Pekinə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqatları İnstitutunun elmi işçisi Yan Tszin bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Çin mühüm strateji tərəfdaşlardır.
Ekspert vurğulayıb ki, Bakı və Pekin ötən il Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.
"Bu bizim münasibətlərimiz üçün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə indiki dövlət səfəri Bakı ilə Pekin arasında tərəfdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir", - o əlavə edib.
Yan Tszin səfər çərçivəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsinə yönəlmiş yeni müqavilələrin imzalanacağına əminliyini ifadə edib.
"Bütün bu müqavilələr strateji tərəfdaşlığımızın inkişafına kömək edəcək. İki ölkə arasında çox yaxşı qarşılıqlı anlaşma, etimad, yaxşı siyasi münasibətlər var", - ekspert bildirib.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Gürcü vitse-spiker: Azərbaycanla strateji əməkdaşlıq təkcə bizim üçün deyil, bütün dünya üçün maraqlıdır
Ekspert: "Çin Orta Dəhlizə ticarət marşrutlarını şaxələndirmək üçün alternativ kimi baxır"
AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
