Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr - Bakının azad edilməsinin ildönümü münasibətilə təbrik edib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dost və qardaş Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edirəm və Qafqaz İslam Ordusunun komandanı Nuri Kıllıgil Paşa və onun qəhrəman əsgərlərini rəhmətlə anıram", - deyə Türkiyə prezidenti təbrikində qeyd edib.