Fed sədri: Rüsumların sərtləşdirilməsi ABŞ-də inflyasiyanın artmasına səbəb ola bilər
sizinxeber.az xəbər saytı

Fed sədri: Rüsumların sərtləşdirilməsi ABŞ-də inflyasiyanın artmasına səbəb ola bilər


Amerika administrasiyasının rüsumların sərtləşdirilməsi siyasəti, ehtimal ki, ABŞ-də inflyasiyanın artım tempinin sürətlənməsinə səbəb olacaq və iqtisadi artıma mənfi təsir göstərəcək.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin (Fed, ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirir) sədri Cerom Pauel Çikaqo İqtisadi Klubunda çıxışı zamanı xəbərdarlıq edib.

“Rüsumlar, yüksək ehtimalla, ən azı müvəqqəti, inflyasiya artımına səbəb olacaq”, – o qeyd edib.

Pauel Fed-in çətinliklərlə üzləşə biləcəyini ehtimal edib, əgər inflyasiya iqtisadi artımın yavaşlaması ilə eyni zamanda artarsa. Bundan başqa, onun sözlərinə görə, inflyasiya artımı uzana bilər. O vurğulayıb ki, rüsumlardan qaynaqlanan inflyasiya artımının müddəti rüsumların qiymətlərə tam əks olunması üçün lazım olan vaxt da daxil olmaqla bir çox amillərdən asılıdır.

Onun qiymətləndirməsinə görə, ABŞ administrasiyasının rüsumları gözləniləndən əhəmiyyətli dərəcədə daha genişmiqyaslı olub.

“Eyni şey, ehtimal ki, inflyasiyanın artması və iqtisadi artımın yavaşlaması da daxil olmaqla iqtisadi nəticələrə də aid olacaq”, – Pauel əlavə edib. Fed başçısı hesab edir ki, rüsum siyasəti, böyük ehtimalla, qurumun bu il inflyasiyanın azaldılması və sabit məşğulluğun təmin edilməsi sahəsində əldə etdiyi bütün irəliləyişləri heçə endirəcək.

“Yeni administrasiya siyasətdə əhəmiyyətli dəyişikliklər həyata keçirmək prosesindədir. Bu siyasət hələ də formalaşır və onun iqtisadiyyata təsiri olduqca qeyri-müəyyən qalır. Biz daha çox məlumat əldə etdikcə qiymətləndirmə hesablamalarımızı yeniləməyə davam edəcəyik”, – maliyyə tənzimləyicisinin başçısı vurğulayıb.

Oxşar xəbərlər

FES rəhbəri: Rüsumların artması ABŞ-da yüksək inflyasiyaya səbəb ola bilər
AMB: Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq
KİV: ABŞ iqtisadiyyatı dünya üçün ciddi nəticələrə səbəb olacaq yeni "superdövr"ə qədəm qoyub
ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb
Argentinada inflyasiya ilin əvvəlindən 107 %-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər