Argentinada inflyasiya ilin əvvəlindən 107 %-ə çatıb
Argentinada oktyabr ayında qiymətlərin artımı 2,7% olub, ilin əvvəlindən isə inflyasiya 107 %-ə yüksəlib.
“Report”un xəbərinə görə, bu göstəricilər ölkənin Statistika və Siyahıyaalma İnstitutunun yayımladığı məlumatlarda yer alıb.
“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin oktyabr ayında 2,7 %, ilin əvvəlindən isə ötən ilin müvafiq ayı ilə müqayisədə 107 % artıb”, - məlumatda bildirilir.
Oktyabr ayının göstəricisi, 2021-ci il noyabrdan ən aşağı səviyyə olub və inflyasiyanın artım sürətinin yavaşlamağa başladığını təsdiqləyib. Oktyabr ayında qiymətlərin artımına ən çox təsir edən amillər arasında kommunal xidmətlər (+5,4 %), geyim (+4,4 %) və mehmanxana və restoran xidmətləri (+4,3 %) olub.
Argentina artıq bir neçə ildir, ən yüksək inflyasiya göstəricilərinə sahib olan ölkələrdəndir. 2023-cü ildə qiymət artımı 211,4 %, 2022-ci ildə 94,8 %, 2021-ci ildə isə 50,9 % olub.
Oxşar xəbərlər
Argentinada ilin əvvəlindən inflyasiya 100%-i keçib
Argentinada inflyasiya 90%-i keçib
AMB: Bu ilin sonuna illik inflyasiya 5,1 % olacaq
Türkiyədə inflyasiya 50%-dən aşağı enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
