Aİ həftənin əvvəlində ABŞ-yə qarşı 28 milyard dəyərində cavab rüsumları elan edə bilər
sizinxeber.az xəbər saytı

Aİ həftənin əvvəlində ABŞ-yə qarşı 28 milyard dəyərində cavab rüsumları elan edə bilər


Avropa İttifaqı (Aİ) ölkələri yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın rüsumlarına qarşı vahid cəbhə ilə çıxış etməyə çalışacaqlar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Aİ-nin 27 ölkəsi polad, alüminium və avtomobillərə 25 % idxal rüsumları, eləcə də, demək olar ki, bütün digər mallara 20 % "qarşılıqlı" rüsumlarla üzləşib.

Qeyd olunub ki, Trampın rüsumları Aİ-nin ABŞ-yə ixracının təxminən 70 %-ni əhatə edir, ümumi dəyəri 532 milyard avrodur. Aİ-nin ticarət siyasətini əlaqələndirən Avropa Komissiyası bazar ertəsi gecə üzvlərə əlavə rüsumlar tətbiq ediləcək ABŞ mallarının siyahısını təklif edəcək. Bunlar 28 milyard dollara qədər dəyəri olan mallara aid ola bilər. Agentliyin məlumatına görə, siyahıya ABŞ əti, taxıl, şərab, ağac və geyim, həmçinin saqqız, diş ipi, tozsoran və tualet kağızı daxil olacaq. Yaxın günlərdə rüsumlar tətbiq edilərsə, Aİ ABŞ-nin ticarət eskalasiyasına cavab verən Çin və Kanadadan sonra üçüncü "oyunçu" olacaq.

Oxşar xəbərlər

KİV: Şolts ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyi planlaşdırır
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
Tramp Castin Trüdoya xəbərdarlıq edib
Avropa Komissiyası ABŞ-nin ticarət rüsumları ilə bağlı yekun qərarını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər