Tramp: Le Penin həbsi Fransa və fransız xalqı üçün çox pisdir
ABŞ Prezidenti Donald Tramp Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Penə verilən hökmü cadugər ovu adlandırıb və onun azad edilməsinə çağırıb.
"Sizinxeber.az"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Marin Le Penə qarşı cadugər ovu - Avropa solçularının ifadə azadlığını boğmaq və siyasi rəqibini senzuraya məruz qoymaq üçün qanundan silah kimi istifadə etməsinin daha bir nümunəsidir, bu dəfə iş rəqibi həbsə atmağa qədər gedib", - deyə o qeyd edib.
Ağ Ev rəhbəri vurğulayıb ki, keçmişdə özü də oxşar siyasi təqiblərə məruz qalıb.
"Mən Marin Le Peni tanımıram, lakin onun uzun illər ərzində necə inadla çalışdığını qiymətləndirirəm. O, məğlubiyyətlərə uğrayıb, lakin irəli getməyə davam edib. Onlar onu ehtimal ki, heç bir şey bilmədiyi əhəmiyyətsiz bir ittihamla tuturlar - məncə, bu "mühasibatlıqda" bir səhvdir. Bütün bunlar Fransa və böyük fransız xalqı üçün, hansı tərəfdə olmasından asılı olmayaraq, çox pisdir. Marin Le Penə azadlıq", - deyə Tramp yazıb.
Qeyd edək ki, Paris məhkəməsi bazar ertəsi Le Peni parlament köməkçiləri ilə bağlı işdə dörd il azadlıq məhdudiyyətinə məhkum edib, bunun ikisində o, elektron bilərzik daşımalı olacaq (digər iki il şərti verilib). Paris məhkəməsinin hökmü onu 2027-ci ildə Fransa prezidenti seçkilərində namizədliyini irəli sürmək imkanından məhrum edib. Le Penin özü məhkəmənin qərarını siyasi adlandırıb.
Oxşar xəbərlər
Sağçıların petisiyası: Marin Le Penə qarşı hökm Fransa demokratiyasının edamıdır
Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər
Marin Le Pen: Fransanın yeni hökuməti xalqın gözləntilərindən uzaqdır
ABŞ Dövlət Departamenti Marin Le Penə qarşı məhkəmə qərarını şərh edib
Paris məhkəməsi Marin Le Penə cəza verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
