Moldova hökuməti ABŞ rüsumlarından zərər çəkəcək ixracatçılara dəstək verəcək
Moldova hökuməti ABŞ-nin idxal ilə bağlı rüsumlarından zərər çəkəcək istehsalçılara və ixracatçılara dəstək verməyə hazırdır.
"Sizinxeber.az" "tv8.md" telekanalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dorin Reçan bəyan edib.
"Biz ABŞ bazarına çıxış əldə etmək üçün daim çalışan istehsalçılarımızın narahatlığını başa düşürük və hökumət bu sahibkarların rəqabət qabiliyyətini qorumağa kömək üçün addım atacaq", - o bildirib.
D.Reçanın məlumatına görə, Moldova məhsullarının böyük hissəsi Aİ ölkələrinə tədarük edilir: "İxrac olunan Moldova mallarının dörddə üçü Aİ ölkələrinə, Böyük Britaniyaya, İslandiyaya, Lixtenşteynə, Norveçə və İsveçrəyə göndərilir".
Baş nazir, ABŞ Prezidentinin rüsumları artırmaq qərarını "ticarəti tarazlaşdırmaq cəhdi" hesab edir. Bununla yanaşı, o vurğulayıb ki, Moldova ABŞ ilə strateji tərəfdaşlığı dəstəkləməyə davam edəcək.
Ölkənin Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ildə ABŞ ilə ticarət dövriyyəsi 225,5 milyon dollar təşkil edib.
Oxşar xəbərlər
Moldova Rusiya ilə birbaşa hava əlaqəsini bərpa edə bilmir
Ukrayna və Moldova liderləri Kiyevdə Azərbaycan qazına ehtiyacdan danışıblar
Moldova Aİ-dən idxal kvotasını artırmaq hüququ əldə edib
Azərbaycanla Moldova arasında readmissiya haqqında saziş təsdiqlənib
MM Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi ratifikasiya edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













