Polis Londonda Big Ben qülləsinə çıxan fəalı həbs edib
Londonun Vestminster rayonunda polis Fələstin bayrağı ilə Big Ben qülləsinə çıxan fəalı həbs edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Qeyd edək ki, həmin şəxs martın 8-i səhər saatlarında Vestminster sarayının Elizabet qülləsinə qalxıb.
"Sky News" nəşri xəbər verir ki, fövqəladə hallar xidmətinin əməkdaşları yanğınsöndürən liftdən fəalla danışıqlar aparıblar. Ancaq kişi yalnız öz şərtləri ilə enəcəyini söyləyib. Üstəlik, Fələstin tərəfdarı olan fəal xilasedicilər ona yaxınlaşsa daha da yüksəyə qalxacağını bildirib.
Fəal qüllədə üç gündən çox qalmağı planlaşdırdığını bildirib. Baş verənlərə görə Britaniya paytaxtının mərkəzindəki bütün Vindzor körpüsü piyadalar və nəqliyyat vasitələri üçün bağlanıb.
O, müəyyən müddətdən saxlanılıb və həbs olunub.
Oxşar xəbərlər
Londonun mərkəzində baş vermiş bıçaqlı dava zamanı üç nəfər xəsarət alıb
HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü
Britaniya polisi PKK ilə əlaqəli altı şəxsi həbs edib
Britaniya müdafiə nazirinin keçmiş müavini pedofiliyada şübhəli bilinərək həbs olunub
Naməlum şəxslər Vindzor qəsr fermasından pikap və kvadrosikl oğurlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













