BƏƏ və Çin birgə AES tikə bilərlər
Birləşmiş Ərəb Əmirlikləri və Çin nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır və Atom Elektrik Stansiyalarının birgə tikintisi imkanlarını nəzərdən keçirmək niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Pekinə səfərindən sonra “WAM” agentliyinin dərc etdiyi iki ölkənin bəyanatında deyilir.
Vurğulanıb ki, hər iki tərəf davamlı inkişafın təşviqində, enerji təhlükəsizliyinin təmin edilməsində və ətraf mühitin qorunmasında mühüm rol oynadığı üçün nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı genişləndirmək öhdəliyini, Atom Elektrik Stansiyalarının tikintisi də daxil olmaqla, birgə layihələrin həyata keçirilməsi yollarını müzakirə etmək, habelə dinc nüvə texnologiyaları sahəsində tədqiqatların, təkmilləşdirmələrin və təcrübə mübadiləsinin fəallaşdırılması niyyətlərini təsdiqləyiblər.
İki ölkə liderləri həmçinin karbohidrogen istehsalı və bərpa olunan mənbələrdən enerji istehsalı sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Bəyanatda qeyd olunub ki, BƏƏ və Çin davamlı şəkildə neft və qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli kimi hasilat proseslərində koordinasiyanı təkmilləşdirmək üçün iki ölkənin şirkətlərini təşviq və dəstəkləməyə davam edəcəklər.
Oxşar xəbərlər
Sülh sazişi üçün bu ərəb ölkəsi təklif edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA rəhbəri: BMT TŞ-yə Zaporojye AES-lə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti ilə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin görüşü olub - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN başçısının Metsamor yalanı – Tehranla İrəvanın “halal” sövdələşməsi - ŞƏRH [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












