Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir
ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Dövlət katibi Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınması da daxil olmaqla kritik regional problemləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanındadır”, - Miller bildirib.
Xatırladaq ki, Blinken Səudiyyə Ərəbistanına Əbu-Dabidən gəlib və burada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
M.Miller daha əvvəl brifinqdə bildirib ki, Blinken bir həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.
Oxşar xəbərlər
Borel və Blinken Səudiyyə Ərəbistanında Qəzzadakı vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin dövlət katibi BƏƏ-də səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenlə Fidan Vaşinqtonda nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Blinkenlə nələri müzakirə etdi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












