Nyu-Dehli vağzalında izdiham zamanı azı 15 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Nyu-Dehli vağzalında izdiham zamanı azı 15 nəfər ölüb


Nyu-Dehli vağzalının dəmir yolu platformasında baş vermiş basabas nəticəsində azı 15 nəfər, o cümlədən on qadın və üç uşaq ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan paytaxtının polis əməkdaşları jurnalistlərə məlumat veriblər.

İnsanlar bu günlərdə qeyd olunan ən böyük dini festival Kumbha-melada müqəddəs Qanq və Yamuna çaylarının qovuşduğu yer olan Sanqamda ritual çimməyi həyata keçirmək üçün Prayaqraj şəhərinə gedən qatarı gözləyirdilər.

Ardıcıl iki qatarın gecikmələri səbəbindən platforma sərnişinlərlə dolub daşmışdı. Gələn qatara minmə zamanı basabas yaranıb və nəticədə 15 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Oxşar xəbərlər

Nigeriyada kilsədə basabas nəticəsində 10 nəfər həlak olub
Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb
Hindistanda izdihamda azı 40 nəfər ölüb
Nigeriyada ərzaq paylanması zamanı yaranan izdihamda ölənlərin sayı 50-ni keçib - YENİLƏNİB
Hindistanda dini bayramda səhnə çöküb, altı nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle