Əfqanıstanda terrorçu-kamikadze partlayış törədib, 5 nəfər ölüb
Əfqanıstanın şimal-şərqində yerləşən Kunduz əyalətində “Kabul Bank”ın şöbəsi yaxınlığında terrorçu-kamikadze tərəfindən törədilən terror aktı nəticəsində ən azı beş nəfər ölüb.
“Sizinxeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış səhər saat 08:35-də baş verib. Qurbanlar arasında bankın mühafizəçisi, eləcə də mülki şəxslər və "Taliban" hərəkatının üzvləri də daxil olmaqla dörd nəfər var. Bundan başqa, yeddi nəfər yaralanıb.
Əyalət polisinin nümayəndəsi qeyd edib ki, hələ heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hakimiyyət orqanları hadisəni araşdırmağa davam edir.
Xatırladaq ki, "İslam dövləti"nin Əfqanıstan bölməsinin yaraqlıları “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra taliblərə qarşı mübarizə aparırlar.
Oxşar xəbərlər
Əfqanıstanda kamikadze hücum nəticəsində 5 nəfər ölüb, 7 yaralı var
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir
Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb
Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
