Makron, Zelenski və Tramp arasında görüş 20 dəqiqə davam edib
sizinxeber.az xəbər saytı

Makron, Zelenski və Tramp arasında görüş 20 dəqiqə davam edib


Parisdə Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Tramp arasında üçtərəfli görüş baş tutub.

“Report” xəbər verir ki, görüş 20 dəqiqə davam edib.

Görüşdən sonra hər hansı bəyanat verilməyib. Tərəflər arasında görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.

Zelenski üçtərəfli görüşlə bağlı “X”də yazıb ki, Kiyev müharibənin tez və ədalətli şəkildə bitməsini istəyir: “Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.

Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp hələ inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını, Kiyevə çoxmilyardlı yardımı dayandıracağını vəd edib.

Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.

Oxşar xəbərlər

Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Trampla danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər