Tramp Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib - YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarında çalışan şəxslərə qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.
“Sizinxeber.az” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını və onların və ailələrinin ölkəyə səfərinin qadağan edilməsini əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.
ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsini Vaşinqtona və onun İsrail kimi müttəfiqlərinə qarşı qanunsuzluqda ittiham edərək ona qarşı sanksiyalar tətbiq edən sərəncam imzalayacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Tədbirlərə Amerika vətəndaşları və ya onların müttəfiqləri, habelə onların ailə üzvləri ilə bağlı araşdırmalarda iştirak edən məhkəmə əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətləri daxildir.
Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.
Oxşar xəbərlər
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir
ABŞ iki Rusiya bankını sanksiyalar siyahısına daxil edib
ABŞ İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
