Fidan: Qəzzada atəşkəs daimi olmalıdır
Qəzza zolağında atəşkəs daimi olmalı və humanitar yardımlar fasiləsiz bölgəyə çatdırılmalıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
"Bizim prioritetimiz Qəzzada daimi atəşkəs və bölgəyə humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etməkdir. Bu istiqamətdə atılması lazım olan addımlarla çətinliklərin yarandığını görürük. İsrail dağıdıcı mövqeyindən əl çəkməlidir. Ankara Qəzzaya humanitar yardımın çatdırılması üçün Misir də daxil olmaqla region ölkələri ilə koordinasiyalı hərəkət edir", - o söyləyib.
Fidan həmçinin bildirib ki, Türkiyə Fələstin xalqının öz torpaqlarından qovulmasının qəti əleyhinədir.
Türkiyənin xarici işlər naziri, həmçinin Fələstin probleminin iki dövlət prinsipi əsasında həll olunacağına ümid etdiyini bildirib.
"Əks halda münaqişələrin yenidən alovlanması regionda qeyri-sabitliyə gətirib çıxaracaq", - Fidan qeyd edib.
Oxşar xəbərlər
Fidan: Türkiyə Qəzzada azad edilən fələstinli məhbusları qəbul etməyə hazırdır
Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir
Blinken və Hakan Fidan Cənubi Qafqazı müzakirə ediblər
Fidan amerikalı həmkarı ilə Qəzza və Livanı müzakirə edib
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün tarixi fürsət yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













