Vens ABŞ-də silah tədarükü sisteminin tamamilə dağıldığını açıqlayıb
Pentaqon silah tədarükü sistemi tamamilə pozulub və yeni müdafiə şirkətlərinin və texnologiyalarının inkişafını çətinləşdirir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
“Hesab edirəm ki, ölkəmizi daha təhlükəsiz etmək üçün müdafiəyə daha çox xərcləməliyik. Biz həmçinin müdafiəyə daha ağıllı xərcləməliyik. Bizim silah tədarükü prosesimiz tamamilə dağılıb”, – o söyləyib.
Vitse-prezident əlavə edib ki, yeni Amerika müdafiə şirkətləri çətin vəziyyətə düşüb və texnoloji işləmələrlə məşğul olmaq onlar üçün daha çətin olub. Vensin fikrincə, bu problemi Ukrayna münaqişəsi də üzə çıxarıb.
“Müasir döyüş meydanının siması dəyişib və dəyişməyə davam edəcək, Amerika bu dəyişikliklərə ayaq uydurmalıdır”, – o qeyd edib.
Oxşar xəbərlər
Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb
Ceyms Devid Vens ABŞ-nin vitse-prezidenti olub
Vens Harrisi teleprompterdən istifadə etməkdə ittiham edib
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
