Serbiyada BRICS-ə qoşulmaq məsələsi ilə bağlı referendum keçirilə bilər
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin BRICS-ə qoşulması məsələsi ilə bağlı referendum keçirilməsini istisna etməyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkə başçıs Serbiya Radio və Televiziyasının efirində açıqlayıb.
Onun sözlərinə görə, BRICS-in Serbiyada populyarlıq reytinqi 42 %-ə çatıb, bu mövzu artıq növbəti iki il ərzində respublikada əsas mövzulardan birinə çevriləcək və referendum keçirilməsini tələb edə bilər.
“Bir neçə gün əvvəl Serbiyada insanların bu məsələ barədə nə düşündüyünə baxdım. BRICS-in Serbiyada populyarlığı hazırda təxminən 42 % səviyyəsindədir. Düşünürəm ki, bu məsələnin müzakirəsi çoxlarının xoşuna gəlməsə də, bir il yarım-iki ildən sonra bu ölkədə çox ciddi olacaq. <...> İstisna etmirəm ki, iki il yarımdan sonra yeni prezidentin seçiləcəyi hansısa seçkilərdə bu əsas mövzulardan birinə çevriləcək. Kim bilir, bəlkə də referendum üçün mövzu ola bilər”, – Vuçiç qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət etmişdi.
Oxşar xəbərlər
Vuçiç: Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq
Serbiyanın Baş nazirinin müavini BRICS-i Avropa İttifaqına real alternativ adlandırıb
Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bəyan edib
Kazanda Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə baxıla bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
