İsrail ordusu Netsarim dəhlizini tərk edir
sizinxeber.az xəbər saytı

İsrail ordusu Netsarim dəhlizini tərk edir


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsindəki Netsarim dəhlizinin bir hissəsindən qoşunlarını çıxarmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” Fələstin mətbuatına istinadən xəbər verir.

Təxliyə prosesi Qəzza zolağının şimalına qayıdan məcburi köçkün fələstinlilər üçün bu ərazinin açılması ərəfəsində həyata keçirilir.

Məlumatda bildirilir ki, ordu Qəzza zolağının şimalını cənubundan ayıran dəhlizin qərb hissəsindən qoşunlarını təxliyə edir.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri hələlik bu məlumatı şərh etməyib.

Oxşar xəbərlər

İsrail ordusu Qəzzanın Rəfah şəhərindən texnikanı çıxarmağa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər