Sorğu: Rəyi soruşulanların 80 faizi Makronun fəaliyyətini bəyənmir
Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutunun prezident Emmanuel Makronun ölkədəki reytinqi ilə bağlı tərəfindən "Le Journal du Dimanche" qəzetinin sifarişi ilə apardığı son sorğunun nəticələri açıqlanıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sorğuda rəyi soruşulanların 79 %-i Emmanuel Makronun fəaliyyətini bəyənmir.
Nəticələrə əsasən, sorğulananların 21 %-i Makronun siyasətini dəstəkləyir.
Fransa dövlət başçısına dəstəyin azalması xüsusilə pensiyaçılar arasında müşahidə edilir, çünki onlar 2022-ci ildə keçirilən prezident seçkilərində fəal şəkildə Makrona səs veriblər.
Fransa baş naziri Fransua Bayrunu isə rəyi soruşulanların 34 % -i dəstəkləyir. Buna baxmayaraq, hazırkı baş nazirin reytinqi sələfi Mişel Barnye ilə müqayisədə daha sabitdir. Barnye baş nazir kimi işə başladığı ilk gündən etibarən populyarlığının düşməsi ilə üzləşmişdi.
Qeyd edək ki, sorğu 15-23 yanvar tarixləri arasında keçirilib.
Oxşar xəbərlər
KİV: Makronun reytinqi antirekordu yeniləyib
Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb
Fransada Makronun reytinqi 25%-ə düşüb
Emmanuel Makronun reytinqi son altı ilin ən aşağı səviyyəsinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













