Tramp ABŞ ərazisinin yaxın zamanda əhəmiyyətli dərəcədə genişlənə biləcəyini bildirib
ABŞ ərazisi yaxın zamanda əhəmiyyətli dərəcədə genişlənə bilər.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasda (Nevada ştatı) çıxışı zamanı deyib.
“Yaxın gələcəkdə ölkəmiz çox əhəmiyyətli dərəcədə böyüyə bilər. Tezliklə biz ölkə olaraq böyüyə bilərik”, – Tramp bildirib. O bunun necə baş verə biləcəyini açıqlamayıb.
Yeni Amerika lideri daha əvvəl dəfələrlə Kanadanın ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu bildirmiş, bu halda ona hərbi və digər üstünlüklər söz vermişdi. Kanada iqtidarı bunun heç vaxt baş verməyəcəyini bildirmişdi.
Tramp həmçinin vurğulayıb ki, Qrenlandiya ABŞ-yə birləşməlidir. O, Danimarkanı ada üzərində hüquqlarından imtina etməzsə, yüksək ticarət rüsumları tətbiq etməklə hədələyib. Hələ birinci prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı təklif etmişdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya iqtidarı bu ideyanı rədd edib.
Oxşar xəbərlər
Tramp: ABŞ tezliklə əhəmiyyətli dərəcədə böyüyə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Danimarka Tramp komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp və Si Cinpin arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













