Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19 virusunun Uhan laboratoriyasından sızması versiyasına üstünlük verir
sizinxeber.az xəbər saytı

Mərkəzi Kəşfiyyat İdarəsi COVID-19 virusunun Uhan laboratoriyasından sızması versiyasına üstünlük verir


Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verir.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bundan əvvəl bir neçə il ərzində MKİ virusun təbii yolla heyvandan insana keçdiyini, yoxsa laboratoriya sızmasının nəticəsi olduğunu anlamaq üçün yetərincə məlumata malik olmadığını bildirirdi.

“The New York Times”ın mənbələrinin məlumatına görə, qurumun mövqeyinin dəyişməsi yeni kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, artıq mövcud olan məlumatların daha diqqətli öyrənilməsinə əsaslanır. Bu təhlil hələ ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası dövründə başlanıb və onun nəticələri MKİ-nin yeni direktoru Con Rətkliffin qərarı ilə açıqlanıb. Rətkliff daha əvvəl dəfələrlə Çini COVID-19-un mənşəyini və virusun yayılma şəraitlərini gizlətdiyinə görə “cəzalandırmağa” və Pekini 2022-ci il Qış Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum etməyə çağırıb.

Oxşar xəbərlər

ÜST: COVID pandemiyasının səbəbini müəyyən etmək Çindən məlumat olmadan mümkün deyil
ÜST Çini COVID-19-a dair məlumatları paylaşmağa çağırır
KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər