ÜST Çini COVID-19-a dair məlumatları paylaşmağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un meydana çıxmasından beş il sonra bu xəstəliklə mübarizənin və onun öyrənilməsi istiqamətində davam edən səylərin nəticələrini açıqlayıb.
“Report”un təşkilatın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ÜST xatırladıb ki, 2019-cu il dekabrın 31-də Çin Ölkə Ofisi Uhan Bələdiyyə Səhiyyə Komissiyasının saytında şəhərdə "virus pnevmoniyası" halları ilə bağlı mətbuata açıqlama aşkarlayıb.
"Növbəti həftələr, aylar və illərdə COVID-19 həyatımızı və dünyamızı dəyişdi", - BMT agentliyi bildirib.
Dünya üzrə SARS-CoV-2 virusunun səbəb olduğu 777 074 803 yoluxma və yeddi milyondan çox ölüm halı təsdiqlənib. "COVID-19-un mənşəyini öyrənə bilməyimiz üçün Çini məlumatları paylaşmağa və onlara çıxışı təmin etməyə çağırmağa davam edirik", - ÜST bəyan edib.
"Bu, mənəvi və elmi imperativdir. Ölkələr arasında şəffaflıq, məlumat mübadiləsi və əməkdaşlıq olmadan dünya gələcək epidemiya və pandemiyaların qarşısını adekvat şəkildə ala və onlara hazırlaşa bilməz", - bəyanatda deyilir.
Oxşar xəbərlər
ÜST: COVID pandemiyasının səbəbini müəyyən etmək Çindən məlumat olmadan mümkün deyil
ÜST: Olimpiya Oyunlarında 40-dan çox idmançı COVID-19-a yoluxub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
