Aİ iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək
sizinxeber.az xəbər saytı

Aİ iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək


Qlobal istiləşmə hələ də ən vacib problemlərdən biridir, Aİ iqlim dəyişikliyi ilə mübarizə üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.

"Avropa bu yolda qalacaq və təbiəti qorumaq və qlobal istiləşməni dayandırmaq istəyən bütün millətlərlə işləməyə davam edəcək", - o, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Fon der Lyayen ehtimal edib ki, növbəti illərdə bütün ölkələr sıfır emissiyaya keçidi sürətləndirməli, həmçinin iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmalıdır.

AK sədrinin sözlərinə görə, Paris İqlim Sazişi bütün bəşəriyyət üçün ümiddir.

Oxşar xəbərlər

Yalçın Rəfiyev: İqlim dəyişikliyi hazırkı ssenari ilə davam etsə, dünyanı böyük fəlakət gözləyir
Muxtar Babayev: "Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir"
Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər
KİV: COP29 sıfır emissiyaya sağlam keçidə kömək edəcək
Böyük Britaniyanın keçmiş baş naziri iqlim dəyişikliyi ilə birgə mübarizəyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər