KİV: Ukrayna demoqrafik fəlakət içərisindədir
Ukrayna demoqrafik fəlakət içərisindədir.
“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.
Bildirilib ki, hələ müharibədən əvvəl Ukraynada böhran olsa da, Rusiyanın hərbi müdaxiləsindən sonra vəziyyət faciəvi hal almağa başladı. "Demək olar ki, yeddi milyon insan xaricə qaçdı”.
Nəşr yazır ki, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı müharibə demoqrafik böhranı fəlakətə çevirdi: “Ən azı beş milyon ukraynalı hazırda Rusiyanın işğalı altında yaşayır. On minlərlə dinc sakin və 100 minə qədər hərbçi həlak olub. Əgər 1990-cı illərin əvvəllərində Ukraynada 51,5 milyon insan yaşayırdısa, hazırda Kiyevin nəzarətində olan ərazidə cəmi 29 milyon insan yaşayır”.
Bildirilib ki, bu tendensiya təkcə Ukraynaya aid deyil: “Rusiya da oxşar problemlə üz- üzədir. Amma Rusiyanın əhalisi Ukraynadakından, demək olar ki, dörd dəfə çoxdur”.
Qeyd olunub ki, Ukraynadakı hazırkı tendensiyanın qarşısının alınması üçün insanlar geri qayıtmalıdır: “Bunun baş verməsi üçün ilk növbədə müharibə bitməli, təhlükəsizliyə zəmanət verilməlidir. Əks halda çətin ki, kimsə ölkəsinə qayıtsın. Əksinə, Ukraynadan gedənlərin çıxanların sayı artacaq”.
Oxşar xəbərlər
Norveç Ukrayna üçün HHM sistemləri və PUA alınmasına 50 milyon avro ayırıb
Bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranması 40 milyon insanı öldürə bilər
Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
