Fransanın baş naziri ölkədə yüksək maliyyə böhranı riski barədə xəbərdarlıq edib
Fransada maliyyə böhranı riski yüksəkdir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə BFMTV baş nazir Mişel Barnyeyə istinadən məlumat verir.
“Biz birbaşa maliyyə böhranına doğru gedirik, bunun qarşısını almaq lazımdır”, - o bildirib.
Baş nazir gələn ilin büdcəsində 60 milyard avroya qənaətlə bağlı təklif etdiyi tədbirləri belə izah edib. Bu məbləğdən 40 milyard avronun büdcə xərclərinin azaldılması, daha 20 milyard avronun isə əlavə vergilər hesabına təmin edilməsi nəzərdə tutulur.
Bu tədbirlər bir və ya iki il müddətinə tətbiq edilir.
Hökumətdə hesab edirlər ki, ümumilikdə iri şirkətlər və fiziki şəxslər üçün vergilərin artırılması büdcəyə təxminən 20 milyard avro məbləğində vəsait cəlb etməyə imkan verəcək.
Fransa hökuməti həmçinin gələn il müxtəlif nazirliklər və yerli hakimiyyət orqanlarının xərclərinin, eləcə də sosial təminat proqramının büdcəsinin azaldılması hesabına büdcəyə əhəmiyyətli qənaətə nail olmağı planlaşdırır.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir
Pensiya və maaşlar artırılır - Büdcə layihəsi
Fransanın baş naziri: Büdcə kəsiri ilə bağlı vəziyyət son dərəcə ağırdır
Şmıqal: "ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb"
Almaniya 2025-ci ildə müdafiəyə 75 milyard avrodan çox vəsait ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













