NATO ölkələri Ukraynaya tankların tədarükünü davam etdirəcək
NATO ölkələri Ukraynaya tankların tədarükünü davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış “TVP İnfo” telekanalının yayımladığı brifinqdə bildirib.
"Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında Ukrayna üçün zirehli potensialın yaradılması üzrə koalisiyamızın yol xəritəsini və növbəti tranş haqqında məlumatı təqdim etdim. Bu görüşdə iştirak edən bütün ölkələr gələcək tədarüklərə hazırlaşır”, - nazir deyib.
Bundan əvvəl ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclasının açılışında bəyan edib ki, Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə qrupun iştirakçıları Kiyevlə hərbi əməkdaşlığın səkkiz istiqaməti üzrə "yol xəritələri"ni təsdiqləyiblər.
Oxşar xəbərlər
Ostin: Ukraynanın müttəfiqləri Ramşteyndə Kiyevə 2027-ci ilədək dəstək planlarını təsdiqləyiblər
ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək
NATO Ukraynanın ehtiyacları üçün məsuliyyəti ölkələri arasında bölüşdürəcək
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
Ukrayna Prezidenti Ramşteyn aviabazasına gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













