Britaniya qanunsuz miqrasiya təşkilatçılarını “qara siyahı”ya salacaq
sizinxeber.az xəbər saytı

Britaniya qanunsuz miqrasiya təşkilatçılarını “qara siyahı”ya salacaq


Böyük Britaniya hökuməti dünyada ilk dəfə qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı sanksiya tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

2025-ci ildə qüvvəyə minməsi gözlənilən plan yanvarın 9-da xarici işlər naziri Devid Lammi tərəfindən təqdim ediləcək.

Hakimiyyət orqanlarının hərəkətləri insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların fəaliyyətini iflic etməyə və onları maliyyədən məhrum etməyə yönəlib. Böyük Britaniyada qeyri-qanuni immiqrasiya problemi ölkə Avropa İttifaqından çıxdıqdan sonra daha da kəskinləşib, baxmayaraq ki, bu məsələ “Brexit”in əsas səbəblərindən biri olub.

2018-ci ildən bəri 150 mindən çox qeyri-qanuni mühacir qayıqlarda La-Manş boğazını keçərək krallığa daxil olub. İyulun 4-də keçirilən ümumi seçkilərdən sonra formalaşan Leyboristlər hökuməti Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirməyə söz verib.

Oxşar xəbərlər

Bir gündə Britaniyaya 500-ə yaxın qeyri-qanuni miqrant gəlib
Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
Ötən il Britaniyaya keçən qanunsuz miqrantların sayı 37 min nəfərə çatıb
KİV: 2018-ci ildən Britaniyaya dəniz yolu ilə gələn qanunsuz miqrantların sayı 150 mini keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle