İsrail Ordusu Qəzzada radikalların 100-dən çox hərbi obyektinə hücum edib
İsrail Ordusunun Hərbi Hava Qüvvələri Fələstin anklavından yəhudi dövlətinə davam edən raket hücumlarına cavab olaraq son günlər Qəzza zolağı boyunca 100-dən çox hərbi hədəfə hücum edib və onlarla silahlı radikalı zərərsizləşdirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
"Terror təşkilatı HƏMAS həftə sonu Qəzza zolağından İsrail ərazisinə doğru bir neçə raket və mərmi atıb. Kəşfiyyat orqanlarının başçılıq etdiyi əməliyyatda İsrail Ordusunun Hərbi Hava Qüvvələri Qəzza zolağının hər yerində 100-dən çox terrorçu hədəfi vurub və HƏMAS-ın onlarla terrorçusunu məhv etdi", - açıqlamada deyilir.
Bundan əlavə, İsrail Ordusu ölkə ərazisini atəşə tutmaq üçün istifadə olunan bir sıra buraxılış qurğularına zərbələr endirib. Ordu qeyd edib ki, zərbələrdən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb.
Yanvarın 1-də yəhudi dövlətinin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, Fələstinin radikal HƏMAS hərəkatının silahlı qüvvələri tərəfindən atəş davam etsə, İsrail Qəzza zolağına “görünməmiş güc” zərbələri endirmək niyyətindədir.
Oxşar xəbərlər
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın onlarla obyektinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın 220 hədəfinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda onlarla hədəfə yeni zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Qəzzada HƏMAS-ın 25 hərbi obyektinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Orsusu HƏMAS-ın Qəzza zolağının cənubundakı qərargahına zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












