sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsrail Qəzza sektorundan Qüdsün atəşə tutulduğunu açıqlayıb
Qəzza zolağından olan fələstinli radikallar uzun müddətdən sonra ilk dəfə Qüdsə doğru raket atıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, raket təhlükəsinə görə ölkənin bir sıra bölgələrində, o cümlədən Qüds ətrafında, Negev səhrasının bəzi hissələrində və İsrailin mərkəzindəki Şfela vadisində həyəcan siqnalı verilib.
Ümumilikdə hərbçilər Qəzzadan iki mərmi atıldığını qeydə alıblar.
“Hədəflər istiqamətində ələkeçirən raketlər buraxılıb. Təfərrüatlar dəqiqləşdirilir”, - məlumatda deyilir.
İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.
Oxşar xəbərlər
Livandan İsrailə 30-a yaxın raket atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: Qəzzadan Aşkelon istiqamətində iki raket atılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu: Livandan kütləvi raket hücumu edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livan İsrail ərazisinə 15 raket atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin şimalı Livandan atəşə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













