Rusiyaya məxsus gəmi Aralıq dənizində qəzaya uğrayıb
sizinxeber.az xəbər saytı

Rusiyaya məxsus gəmi Aralıq dənizində qəzaya uğrayıb


Rusiyaya məxsus “Ursa Major” ticarət gəmisi İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda batıb.

Bu barədə “Report” “El Español” nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, gəmi maşın şöbəsində baş verən partlayışdan sonra batıb.

Heyətin iki üzvü itkin düşüb, qalan 14 nəfər xilas edilərək İspaniyanın Kartaxena şəhərinə aparılıb.

Dekabrın 11-də Sankt-Peterburqdan yola düşən gəmi Vladivostoka gedirmiş.

Oxşar xəbərlər

Aralıq dənizində Rusiya gəmisi batıb, 2 nəfər itkin düşüb
Konqoda gəmi qəzasında 50 nəfər itkin düşüb
Rusiyada gəmi batıb, iki nəfər ölüb
Braziliya sahillərində gəmi batıb, beş nəfər itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər