Vitse-kansler: Almaniyanın biznes modeli küncə sıxışdırılıb
sizinxeber.az xəbər saytı

Vitse-kansler: Almaniyanın biznes modeli küncə sıxışdırılıb


Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri və “Yaşıllar” partiyasından kansler namizədi Robert Habek ölkənin biznes modelinin “küncə sıxışdırıldığını” etiraf edib.

“Report” xəbər verir ki, bu barədə o, “Bild” qəzetinə müsahibəsində bildirib.

“Hər halda bizim biznes modelimiz həqiqətən küncə sıxışdırılıb”, – Habek deyib.

Habek qeyd edib ki, Almaniya açıq bazarlara ehtiyacı olan ixracatçı ölkədir.

“Donald Tramp bazarları bağlayır, Çin də öz elektromobillərini hər yerdə təbliğ edərək bazarları bağlayır. Bu, Almaniya avtomobil sənayesinin ciddi problemlərindən biridir”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın uzun illərdir infrastruktura, vergi şərtlərinə və ixtisaslı işçi qüvvəsinə sərmayə qoymaması da mənfi təsir göstərir.

“Almaniyanın biznes məkanı kimi cəlbediciliyi ilə bağlı həqiqətən problemimiz var, amma bu həll oluna bilər”, – nazir əlavə edib.

Nəşr qeyd edib ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. Noyabrda ölkədə inflyasiya illik 2,2 % təşkil edib. Almaniya Federal Bankının (Bundesbank) ekspertləri cari ildə ölkənin ÜDM-nin 0,2 % azalacağını və 2025-ci ildə cəmi 0,2 % artacağını proqnozlaşdırıblar. Daha əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) Almaniyanın cari ildə iqtisadi artım proqnozunu 0,2 %-ə qədər azaldıb.

Oxşar xəbərlər

Almaniyanın vitse-kansleri hakim koalisiyanın dağıldığını açıqlayıb
Almaniya hökuməti iqtisadi böhrana görə parçalanma ərəfəsindədir
Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
Almaniyada vitse-kansler ölkənin iqtisadi dirçəlişinə nəyin maneə olduğunu açıqlayıb
Kansler Almaniyanın nüvə silahına malik olmasının qəti əleyhinədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle