sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Almaniyada bazar şübhəli çamadana görə mühasirəyə alınıb
Almaniyanın qərbində yerləşən Kölndə polis (Şimali Reyn-Vestfaliya) Milad bazarının ərazisini şübhəli çamadana görə mühasirəyə alıb.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti yazıb.
"Biz böyük ərazini mühasirəyə almışıq və indi federal ərazinin Kriminal Polis İdarəsindən partlayıcı qurğunun zərərsizləşdirilməsi üzrə eksperti gözləyirik", - hüquq-mühafizə orqanının rəsmisi “Bild”ə bildirib.
Yarmarkanın yerli vaxtla saat 22:00-da bağlanması nəzərdə tutulsa da, mövcud vəziyyətə görə bir qədər tez bağlanıb. Alıcı və satıcılardan bazar ərazisini tərk etmələri tələb olunub.
Nəşr hələlik əlavə təfərrüatları açıqlamayıb.
Oxşar xəbərlər
Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub
Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb
Almaniyada Milad ərəfəsində terror aktı törətmək istəyən gənc saxlanılıb
KİV: Almaniyada 50 avtomobil toqquşub, 30-a yaxın adam xəsarət alıb
London polisi: ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













