Tramp: ABŞ Suriyaya müdaxilə etməməlidir
“ABŞ Suriyaya müdaxilə etməməlidir”.
“Report” xəbər verir ki, bunu ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp sosial media hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, Suriyada xaos hökm sürür: “Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Qoy, nə olursa olsun, əsla müdaxilə etməyin”.
D.Tramp Suriyadakı vəziyyətə müdaxilə etməməklə bağlı hazırkı Cozef Bayden administrasiyasına xəbərdarlıq edib.
Siyasətçi, həmçinin qeyd edib ki, Suriyadakı müxalifət çox ciddi uğur əldə edib: “Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.
D.Tramp onu bildirib ki, Rusiya indi Suriyaya kömək etmir: “Görünən odur ki, Ukraynada 600 min hərbçi itirən Rusiya uzun illərdən bəri dəstəklədiyi Suriyaya indi kömək edə bilmir”.
Oxşar xəbərlər
Abbas Əraqçi: İran Suriyaya qoşun göndərə bilər
Tramp Floridada prezident seçkilərində səs verib
BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib
Tramp Baydeni tərəvəzlə müqayisə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
