Aİ ölkələrinin XİN başçıları dekabrın 16-da Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər
Gürcüstanda baş verən son hadisələr fonunda ölkədə vəziyyət dekabrın 16-da Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin müzakirə mövzusu olacaq.
“Sizinxeber.az” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.
"Gürcüstandakı vəziyyət Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında müzakirə mövzusu olacaq", - o qeyd edib.
Aİ-nin Gürcüstanla bağlı növbəti addımlarının necə ola biləcəyi sualına o belə cavab verib: "Bizim gələcək iştirakımız Gürcüstan tərəfinin kursu dəyişmək və Aİ-yə qoşulma prosesinə yenidən istiqamətlənmək öhdəliyindən asılı olacaq".
A.Hipper K.Kallas və Aİ-nin genişlənmə üzrə Avropa komissarı Marta Kosun dünən yaydığı birgə bəyanatı xatırladıb. Bəyanatda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamamaq və 2028-ci ilə qədər Aİ-nin maliyyə dəstəyindən imtina etmək barədə qəbul etdiyi və ölkənin Baş naziri İrakli Kobaxidzenin açıqladığı qərardan təəssüf ifadə olunub.
K.Kallasın nümayəndəsi qeyd edib ki, bu, gürcü xalqının əksəriyyətinin Avropa istəklərindən uzaqlaşmasıdır.
"Biz yerlərdə vəziyyəti izləyir, gürcü xalqını dəstəkləyirik", - o əlavə edib.
Oxşar xəbərlər
Borrell: Aİ Gürcüstandakı vəziyyəti müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ diplomatiyasının yeni rəhbəri Ukraynaya qoşun göndərilməsini istisna etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvana dəstəyimiz lazımdır: Mirzoyanla görüşəcəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ və Avropa Şurası yeni rəhbər heyəti Kiyevdə səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












