Bayden iqtidarı dövründə ilk dəfə Afrikaya – Anqola Respublikasına səfər edib
ABŞ Prezidenti Cozef Bayden iqtidarı dövründə ilk dəfə Afrikaya – Anqola Respublikasına səfər edib.
“Report” “Angop”a istinadən xəbər verir ki, onu fevralın 4-də Beynəlxalq Hava Limanında ölkənin xarici işlər naziri Tete Antoniu qarşılayıb.
Ağ evin Milli Təhlükəsizlik Şurasının Afrika ölkələri üzrə direktoru Frensis Braunun sözlərinə görə, Vaşinqton Anqolanı strateji tərəfdaş və regional lider kimi görür.
Məlumata görə, Luandaya səfəri çərçivəsində Bayden respublikanın G7 ilə tərəfdaşlığını və Anqolanı Konqo Demokratik Respublikası və Zambiya ilə birləşdirən, Tanzaniyaya Hind okeanı sahilinə çıxış perspektivi olan 800 kilometrlik dəmir yolunun tikintisini müzakirə etmək üçün prezident Joau Lourensu ilə danışıqlar aparacaq. Amerika liderinin həmçinin ABŞ-nin Afrika siyasətinin perspektivlərini açıqlayacağı gözlənilir.
Xatırladaq ki, ABŞ uzun müddət 1975-ci ildə müstəqillik əldə etdikdən sonra o zaman aparteid siyasəti həyata keçirilən CAR ilə birlikdə Anqola hökumətini tanımayıblar. Anqola ilə ABŞ arasında diplomatik əlaqələr yalnız 1993-cü ildə qurulub. Bu kontekstdə Baydenin bu səfərini tarixi hesab etmək olar.
Hazırda təxminən 38 milyon əhalisi və Afrikada ikinci ən böyük neft ixracı həcmi olan Anqola – təbii sərvətlərin bolluğunu nəzərə alaraq (almaz, mis, dəmir filizi, uran) qitənin ən perspektivli inkişaf imkanlarına malik dövlətlərindən biridir. İndiyədək ölkənin əsas tərəfdaşları Çin və Hindistan olsa da, son vaxtlar ABŞ ilə iqtisadi, siyasi və hərbi əlaqələri sürətlə inkişaf edir.
Oxşar xəbərlər
Bayden Almaniyaya səfər edəcək
Çin XİN Si Cinpin və Bayden görüşünü müsbət qiymətləndirib
BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb
Bayden Polşa Prezidentinə zəng edib
Bayden BMT Baş Assambleyası çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək